Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2015

Erməni jurnalist Şuşadan yazdı, şəhərdən yeni fotolar yaydı

Erməni jurnalisti Yelena Şuvayeva-Petrosyan Dağlıq Qarabağa səfər edərək, böyük rus şairi Mixail Lermontovun Şuşada yaşadığı karvansaranı aşkar etməyindən yazıb. Yelena Şuvayeva-Petrosyan sosial şəbəkədəki profilində Şuşa işğal edilən zaman dağıdılmlış karvansaranın bu yaxınlarda çəkdiyi fotolarını yayıb. Şuşada yaşayan erməni tarixçi Aşot Arutunyan isə jurnalistə sovet dönəmində həmin karvansaranın qapısına Lermontovun oranı ziyarət etməsi ilə bağlı Azərbaycan dilində lövhə asıldığını, lakin işğaldan sonra həmin lövhənin itdiyini deyib.

Rusiyalı tədqiqatçı Vladimir Zaxarov “M.Y. Lermontovun 1837-ci ildə Qarabağa səfəri” adlı kitabında şairin Şuşaya səfər etməsini təsdiqləyir.

“Biz Lermontov dövrününü yol xəritəsinə baxsaq, aydın şəkildə görərik ki, o, Tiflisdən Qubaya Yelizavetpol (Gəncə) vasitəsilə gedib və sonra Şamaxıya dönüb. Qubadan geri qayıdarkən şair böyük ehtimalla Yelizavetpoldan Şuşaya gedib. Şuşada olması vacib səbəblərlə, xidməti işləri ilə bağlı idi. Şübhəsiz ki, şairin Şuşada qaldığı müddət qısa olub və 2-3 günü keçməyib”.

Şuşa məscidinin yaxınlığında yerləşən karvansara bu gün baxımsız vəziyyətdə qalıb və il-ildən daha çox dağıntıya məruz qalır. 

Qeyd edək ki, Lermontovun Şuşada olmağı barədə Azərbaycan tədqiqatçıları birmənalı fikir yürütmürlər. Bunu təsdiqləyənlər də var. İnkar edənlər də./modern/

Yelena Şuvayeva-Petrosyanın Şuşadan çəkdiyi ən son fotoları:

1045 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber