Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2015

Bakıda yol çökdü - video

Paytaxtın Nizami rayonunda yolun çökməsi maşınların hərəkətinə mane olub.

Əvvəl Nizami rayonu, Yavər Əliyev küçəsinin bir hissəsi çöküb. 3 gün bundan əvvəl isə yolun digər hissəsi çöküb. Heç bir tədbir görülmədiyindən maşınların hərəkətinə müəyyən maneə yaranıb.

Sakinlər deyirlər ki, axşam düşəndə isə yol daha da təhlükəli olur. Qaranlıq olduğundan maşınlar quyuya düşür. Yaxınlıqda yerləşən obyekt sahibləri isə maşınların çökəyə düşməməsi üçün həmin yerə iri daşlar qoyublar. Gecə vaxtı bunu görə bilməyib bura duşən maşınlar da az olmayıb.

Şikayətçi Elçin Abdullayev deyib ki, hara müraciət etsələr də, hələ bir xeyri olmayıb.

Digər şikayətçi Rüfət Babayev isə bildirib ki, 3 aydır yol bu vəziyyətdədir. Burada çoxlu qəza olmasına baxamayaraq, yolla maraqlanan yoxdur.

“Azəryolservis” ASC-dən isə bildiriblər ki, məsələ araşdrılacaq və lazımi tədbir görüləcək./ans/
813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP