Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

500 min “Skype” istifadəçisi zərərə məruz qalıb

“ESET” antivirus şirkətinin yaydığı məlumata əsasən, 500 mindən çox istifadəçi kibercinayətkarların “qurbanı” olub.

“ICTnews” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, daha öncə “Skype” və “Gtalk” kimi messencerlərdə genişmiqyaslı virus hücumu qeydə alınıb. İstifadəçilərə istinad üzrə keçid və fotoşəkillərə baxmaq təklifi edilib. Bu, avtomatik virusa yoluxdurulmuş proqram təminatı üzrə istinada keçidlə nəticələnib. İlk iki gün ərzində 500 mindən çox istifadəçi virusun “qurbanı” olub.

Braziliya, Almaniya, Kolumbiya, Meksika, həmçinin rusiyalı istifadəçilər virusdan daha çox zərər görüblər. Kibercinayətkarlar virusdan istifadəçilərin məxfi informasiyasını ələ keçirmək üçün istifadə ediblər. Təhlükə hələ də qalmaqdadır – “ESET” şirkətindən bildirilib. / İctnews /
2208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək