Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2015

Kreditlə aldığı heyvanlar yanaraq öldü

Dünən axşam saatlarında Salyan rayonunun mərkəzindən 16 kilometr aralıda yerləşən Yenikənd kəndi ərazisində qeydə yanğın baş verib.

Kənddə müvəqqəti məskunlaşan Kəlbəcərli məcburi köçkün İsmayıl Şükürova məxsus təsərrüfatda tövlə yanıb. Hadisə yerinə 3 yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində hadisənin qarşısı alınıb. Ümumi sahəsi 390 kvadratmetr olan tövlənin 300 kvadratmetri yanaraq yararsız hala düşüb.

Hadisə zamanı tövlədə olan 40 başa yaxın iribuynuzlu heyvandan 14-ü tüstüdən boğularaq tələf olub, qalanları isə xilas edilib.

Bankların birindən 17 min manat kredit götürüb özünə təsərrüfat yaradan İsmayıl Şükürovun dediyinə görə, yanğın zamanı ona ümumilikdə 30 min manata yaxın ziyan dəyib. Yanğının elektrik naqillərində qısaqapanmadan baş verdiyi ehtimal edilir./Qafqazinfo/
713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR