Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

Rusiya qırıcıları Britaniya səmasında

Hadisə Britaniyada 50 gəminin iştirakilə NATO manevrlərinin keçirildiyi həssas bir zamana təsadüf edib.

Britaniya Kral Hərbi Hava Qüvvələrinin qırıcıları Birləşmiş Krallığın hava məkanı yaxınlığında iki Rusiya təyyarəsini aşkar edib.
 Azadlıq radiosunun verdiyi xəbərə əsasən, Britaniyanın Müdafiə Nazirliyi də xəbəri təsdiq edib.
Bu hadisə Britaniyada 50 gəminin iştirakilə NATO manevrlərinin keçirildiyi həssas bir zamana təsadüf edib.
Müdafiə Nazirliyi bildirir ki, Rusiya təyyarələrini nəzarətdə saxlamaq üçün havaya "Tayfun" qırıcıları qaldırılıb.
Bundan sonra Rusiya təyyarələri barşrutu dəyişərək geri qayıdıb.
Rusiya təyyarələrinin “Ayı” kimi tanınan bombardmançı olduqları güman edilir.
Rusiya Müdafiə Nazirliyi bu hadisədə qeyri-adi heç nəyin olmadığını bildirib.
553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03