Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Odessada miqrantların millətçilərə qarşı etiraz aksiyası keçirilir

Bu gün Ukraynanın Odessa şəhərində miqrant gənclərin və qeyri-ukraynalı sakinlərin millətçilərə qarşı etiraz aksiyası keçirilir.

Bunu apa-ya açıqlamasında Odessa Milli Rabitə Akademiyasının beynəlxalq tələbə mübadilə şöbəsinin əməkdaşı Həsən Əliyev bildirib.

O qeyd edib ki, aksiya iştirakçısı olan gəlmələr əsasən Orta Asiya xalqlarını, azərbaycanlıları, ərəbləri, türkləri və digərlərini təmsil edir: “Aksiyaya səbəb son vaxtlar Moskvada qeyri-ruslara qarşı baş verən təzyiqlər, Xarkov, Odessa və digər Ukrayna şəhərlərində gəlmələrə qarşı artan kriminal hadisələrdir. Aksiya iştirakçıları da buna öz etirazlarını bildirirlər”.

H.Əliyev bildirib ki, onun özünün də bitirdiyi və hazırda çalışdığı Odessa Milli Rabitə Akademiyasının azərbaycanlı tələbələrinə aksiyaya qoşulmamaq xəbərdarlığı olunub.

H.Əliyev kimlər tərəfindən xəbərdarlıq almaları barədə danışmaq istəməyib.
1674 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber