Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

Almaniyada məscid yandırıldı

Almaniya Şimali Reyn-Vestfalya əyalətinin Vitten şəhərində olan “Sultan Əhməd” məscidi yandırılıb.

Türkiyənin rəsmi din qurumu “Diyanət”ə bağlı fəaliyyət göstərən məsciddə yanğın törədilməsi təhlükəsizlik kamerası tərfindən çəkilib. Bildirilir ki, məscidə girən naməlum şəxsin əlində benzin bidonu olub və o, yanğını bununla törədib.

Səhər tezdən sübh namazından əvvəl baş vermiş yanğın nəticəsində məscid istifadəyə yararsız hala düşüb, xalçalar və divarlar yanıb.

Faktla bağlı bəyanat yayan “Diyanət”in yerli şöbəsi hadisənin müsəlmanlar arasında təşvişə səbəb olduğunu qeyd edib.

“Vittendəki məscidə istiqamətlənmiş bu hücum bizi təşvişə salıb. Yeganə təsəllimiz hadisə nəticəsində insan tələfatının olmamasıdır. “Diyanət” olaraq son günlər məbədlərə istiqamətlənmiş hər cür hücumları nifrətlə və qərarlılıqla pisləyirik. Ümid edirik ki, Almaniya təhlükəsizlik qüvvələri hadisəni törədənləri qısa vaxt ərzində yaxalayaraq qanun qarşısına çıxaracaq. Bu cür mənfur hadisələrin bir daha təkrar olunmamasını təmənna edirik.” – deyə “Diyanət”in bəyanatında bildirilib./ans/
524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56