Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

Husilərdən BMT TŞ-yə cavab

Husilərdən BMT TŞ-yə cavab: "Qətnaməniz zalım qərarıdır və yəmənlilərin qarşısını ala bilməyəcək"

“Ənsarullah” hərəkatının siyasi ofisinin bariz üzvü Məhəmməd əl-Buxayti bu qətnamənin döyüş meydanlarında heç bir təsirinin olmayacağını bildirib

“Təhlükəsizlik Şurasının qətnaməsi zalım qərardır, bu yəmən xalqının öz inqilabını başa çatdırmasının və burada "əl-Qaidə"nin sonuna çıxmasının qarşısını ala bilməyəcək.”

İnterAz-ın "al-Alam"–a istinadla verdiyi xəbərə görə, bunu husilərin “Ənsarullah” hərəkatının siyasi ofisinin bariz üzvü Məhəmməd əl-Buxayti deyib.

O, BMT Təhlükəsizlik Şurasının husilərə qarşı qətnaməsinə belə münasibət bildirib:

“Bu qətnaməyə cavab belə verməyə ehtiyac yoxdur. Onun faktiki olaraq döyüş meydanlarında təsiri olmayacaq. Xaricdən gələn silaha ehtiyacımız yoxdur ki, bizə hərbi yardımın verilməsini də qadağan etsinlər. Ona görə bu bizə təsir göstərməyəcək. Təhlükəsizlik Şurasının qətnaməsi yəmən xalqı üçün zalımcasına bir qərardır və bu yəmən xalqını öz qiyamını başa çatdırmasına və burada "əl-Qaidə"nin sonuna çıxılmasının qarşısını ala bilməyəcək.”

Qeyd edək ki, BMT TŞ-ın qətnaməsində husi lideri və Əli Abdullah salehin oğluna qarşı sanksiya yer alıb. Ekspertlər bildirib ki, qətnamədə yer alan bu hissə tərəflərin siyasi danışıqlar masasına oturmaq istəklərinin qarşısını alacaq.
529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı