Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

"İŞİD" İraqın Beyci zavodunda onlarla itki verərək geri çəkilib

İraq ordusu Səlahəddin əyalətinin şimalında yerləşən Beyci neft emalı zavodunu tam şəkildə "İŞİD"dən geri aldığını bildirib, "İŞİD" burada onlarla itki verərək geri çəkilib.

İnterAz-ın "Sumariya" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Səlahəddin valisinin müavini Əmmar əl-Bəldavi məlumat verib.

Bildirilib ki, "İŞİD" Beyci neft emalı zavodunu tərk edən zaman yüzlərlə ölü və yaralısını şimalda yerləşən Şurqat rayonunun xəstəxanalarına yerləşdirib. "İŞİD" burada yerli camaatı qan verməyə çağırıb.

Onlarla "İŞİD" terrorçusunun cəsədlərinin döyüş meydanlarında qaldığı və onların arasında "İŞİD"in lider və komandirlərinin də olduğu bildirilir.

Qeyd edək ki, "İŞİD" 3 gün öncədən başladığı hücumda Beyci neft emalı zavodunun içinə girib bir neçə obyekti ələ keçirə bilmişdi.
730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP