Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

Yenidoğulmuşlar haqqında 7 yanlış fikir

- Uşaq hıçqırırsa - deməli, uşağa soyuqdur.

Əksər hallarda bunun səbəbi uşağın mədəsində gedən proseslərdir (mədənin genişlənməsi, qidanın bir hissəsinin mədədən qida borusuna düşməsi, kiçik qusma və s.). Adətən körpə həddən çox qida qəbul etdikdən, tez-tez (acgöz kimi) yedikdən, çoxlu miqdarda havanı udduqdan sonra hıçqırmağa başlayır. Hıçqırmanı dayandırmaq üçün körpəni qarın üstə qoyun.

- Körpə asqırırsa, deməli xəstələnib.

Bəli, asqırma soyuqdəymənin simptomu ola bilər. Lakin yenidoğulmuşlar bir çox hallarda səbəbsiz acqırır. Otaqdakı havanın çox quru olması, körpənin burnuna tozun, qusma zamanı südün düşməsi, körpənin burnunda seliyin yığılması, qabıqların əmələ gəlməsi - bütün bunlar körpələrdə asqırmağa səbəb olur.

Körpənin burnunu hər gün steril pambıqla (qulaq çöpü ilə yox!) təmizləmək, otağın havasını tez-tez dəyişmək, xüsusi nəmləndiricilərdən istifadə etmək lazımdır.

Körpə tez-tez tutmaşəkilli öskürürsə və onun burnundan çoxlu selik ifraz olunursa - bu allergiyanın əlaməti ola bilər. Bu halda mütləq pediatrla müraciət etmək lazımdır.

- Uşaq ağlayanda, ciyərləri genişlənir.

Uşağın həm ciyərlərin, həm bütün digər orqanların normal inkişafı üçün düzgün qidalanma, təmiz hava və fiziki aktivlik lazımdır. Uzunmüddətli ağlama uşağın səhhətinə çox mənfi təsir edir - mədə-bağırsaq, nəfəsalma funksiyaları pozulur, kəllədaxili təziyiq artır, beyinin oksigenlə təchiz olunması pozulur.

Həmçinin onu da nəzərə almaq lazımdır ki, körpə ağladıqda anaya hər hansı məlumat verir - "mənə soyuqdur", "mən acmışam", "mənə narahatdır" və s. Uşağın belə siqnallarına fikir verməmək heç düzgün deyil. Axı ağlama körpənin ətrafdakılarla yeganə ünsiyyət formasıdır!

- Uşağı bələmək lazımdır, yoxsa ayaqları əyri olacaq.

Artıq bütün dünyada sıx bələmə ziyanlı hesab olunur. Sıx bələmə uşağın bud-çanaq oynağının normal inkişafına mane olur, sıx bələnmiş uşaq bağırsaqlarda yığılan yeli xaric etməkdə çətinlik çəkir, uşağın hərəkətliliyi məhdudlaşdırılır ki, bu psixomotor inkişafına mənfi təsir edir və sümüklərin minerallaşmasını pisləşdirir.

Əyri ayaqların səbəbi raxit, irsiyyət, bəzi irsi xəstəliklər ola bilər. Sıx bələmənin köməyi ilə əyri ayaqları düz etmək mümkün deyil.

- Uşağın yanaqları qırmızıdırsa, deməli, uşaq sağlamdır.

Körpənin yanaqlarının qırmızı olması heç də onun sağlamlığına işarə etmir. Əksinə bu allergik dermatitin simptomudur. Analar buna "diatez" deyirlər. Əgər vaxtında lazım olan tədbirlər görülməzsə, bir müddətdən sonra uşağın yanaqları qabıq verməyə başlayacaq, bədəni səpəcək və s.

- Körpənin hərarəti 37 C-dir - deməli, uşaq xəstələnib.

1 yaşına kimi olan uşaqlarda normal bədən hərarəti böyüklərlə müqayisədə bir qədər artmış olur (37,0-37,3 C). Bu uşaq orqanizmində mübadilə proseslərin çox sürətli getməsi ilə bağlıdır.

Bundan əlavə körpə uşaqları adətən çox isti bürüyürlər və bu da onların bədən hərarətinin artmasına səbəb olur.

- "Pampers" uşağı sonsuz edir.

Bu da tam yanlış fikirdir. Artıq bütün dünyada bir neçə nəsil "pamrers"də böyüyüb və bu nəsillər artıq öz uşaqlarını dünyaya gətirirlər./Saglamolun/

639 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51
H