Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

İranın müdafiə naziri Moskvaya gedir

İran İslam Respublikasının müdafiə naziri Hüseyn Dehqan üçgünlük səfər ilə Rusiyaya yola düşüb.

O, həmkarı Sergey Şoyqunun dəvəti ilə Rusiya paytaxtına gedir.

Dehqanın rusiyalı həmkarı ilə S-300 zenit-raket komplekslərinin İrana çatdırılmasının realizə məsələlərini müzakirə edəcəyi gözlənilir.

Aprelin 16-17-də Dehqan Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi 4-cü Beynəlxalq təhlükəsizlik konfransında iştirak edəcək.

İran naziri məruzə ilə çıxış edəcək, eləcə də Rusiya və beynəlxalq forumun xarici iştirakçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, İran müdafiə naziri 20-21 aprel tarixində Azərbaycana işgüzar səfər edəcək.
712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.10.17, 17:12
Şəhidimiz dəfn edildi
21.10.17, 10:44
Restoranda bıçaqlanma