Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Müdafiə naziri verdiyi əmri ləğv edib

“Müdafiə naziri Zakir Həsənovun əmri ilə Silahlı Qüvvələrdə Hərbi Ticarət işləri ilə məşğul olacaq bir qurum fəaliyyətə başlayır” . Modern.az-ın məlumatına görə, bu barədə son vaxtlar nazirlikdə baş verənlər haqda ictimaiyyəti məlumatlandıran hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Ü.Cəfərovun sözlərinə görə, Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına rəis vəzifəsinə təyin edilən polkovnik-leytenant Rəşad Abuzərovla bağlı əmr ləğv edilib. İşindən azad edilmiş, istefada olan polkovnik Pənah Abdullayevin vəzifələrini isə nəşriyyatın baş mühəndisi həyata keçirir.

“müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Silahlı Qüvvələrin Hərbi Həkim Komissiyasının sədri, mayor Vidadi Quliyevin əvvəlki - tibb xidməti polkovnik-leytenantı rütbəsi bərpa edilib. Bundan əlavə də o sahədə çalışan bir neçə şəxsin də hərbi rütbələri yenidən artırılıb”.

Ü.Cəfərov qeyd edib ki, Müdafiə Nazirliyinin rəhbərliyinin atdığı yanlış addımlardan biri bu yaxınlara kimi nazirlikdə yüksək vəzifə tutan bir neçə zabitin birdən-birə aşağı vəzifəyə təyin edilməsidir, nəticədə həmin zabitlər aldıqları məvacibdən 250-300 manat itiblər.

“Zakir Həsənovun ordudan ehtiyata tərxis etdiyi bir neçə zabit digər güc strukturlarında xidmətlərini davam etdirmək istəyi ilə müvafiq qurumlara müraciət ediblər. Hətta onlardan bir neçəsi istəklərinə nail də olublar. Onlardan birinin adı da göstərmək olar. MN-nin HHQ və HHM qoşunlarından ehtiyata tərxis edilmiş polkovnik Faiq Məmmədov artıq Dövlət Sərhəd Xidmətində zabit kimi Aviasiya İdarəsində xidmətini davam etdirir”.
1943 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı