Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

Yəməndə Əl-Qaidə lideri öldürüldü

Yəməndə hökm sürən döyüşlərdə Əl-Qaidə lideri məhv edilib. Beynəlxalq terror təşkilatı Əl-Qaidənin ideolji lideri hesab edilən İbrahim əl-Rubaiş pilotsuz təyyarələrdən birinin açdığı atəş nəticəsində öldürülüb.

Əl-Qaidə nümayəndələri əl-Rubaişin bir neçə döyüşçü ilə birlikdə Yəmənin cənub-şərqində öldürüldüyü barədə xəbər yayıb.

Bundan əvvəl, Amerika Birləşmiş Ştatları (ABŞ) əl-Rubaişin yerini bildirəcək şəxsə 50 miyon dollar pul mükafatı vəd etmişdi.

O, 2002-ci ildə yaxalanaraq Quantanamo həbsxnanasında saxlanıldıqdan sonra 2006-cı ilə sərbəst buraxılmışdı.

Həbsdən sonra yenidən terror fəaliyyətinə qayıdan əl-Rubaiş 2013-cü ildən bəri Yəməndəki Əl-Qaidənin liderlərindən biri kimi tanınırdı./ans/
539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10