Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

Mazandaran sement zavodunun ən yaxın tərəfdaşı Azərbaycandır

"Hər il bu ölkəyə 680-700 min ton sement və Klinger ixrac olunur"

"Neka" Mazandaran sement zavodu Azərbaycana ixrac etdiyi məhsulların həcmini artırmaq istəyir.

Bunu Azərbaycan jurnalistlərinə açıqlamasında zavodunun direktor müavini Bəhram Lətifi deyib.

O bildirib ki, "Neka" şirkəti Azərbaycanla yanaşı Qazaxıstan, Türkmənistan, Rusiya və digər ölkələrə ixracat etsə də, şirkətin ən yaxın tərəfdaşı məhz Azərbaycandır:
"Biz artıq 5 ildir ki, Azərbaycanla əməkdaşlıq edirik. Hər il bu ölkəyə 680-700 min ton sement və Klinger ixrac olunur. Ötən il Azərbaycana ixrac olunan məhsulun həcmi əvvəlki illərə nisbətən azalıb. Bunun da səbəbi Azərbaycanda sement zavodlarının açılması və istehsalın artmasıdır".

Direktor müavini əlavə edib ki, zavodun istehsal etdiyi məhsullar beynəlxalq standartlara cavab verdiyinə görə, Azərbaycan tərəfi bu məhsullara maraq göstərir:
"Azərbaycanlı iş adamları bizdən məhsulları açıq və kisə formada alır. M400 və M500 markalı sementlər daha çox ixrac ounur".
731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı