Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

Nazirimiz bunkerində milyardlar saxlayır

“Əlibaba” filmi kimi, amma gerçək…; Həmin bağ evinin içərisindəki otaq o qədər ideal və möhkəm konstruksiya ilə tikilib ki, nə yana, nə təbii fəlakətdə zədələnə bilər; İsveçrə banklarında gizli hesabların internetə sızması bankların da əslində etibarsız olduğunu üzə çıxarıb və... 

Bəllidir ki, Azərbaycanın məmur-oliqarxları öz pullarını bir neçə istiqamətdə yatırıma yönəldirlər. Varlı məmurlar kapitalının bir hissəsini ölkə iqtisadiyyatına yönəltməyə, eləcə də Bakıda və Azərbaycanın başqa yerlərində, habelə bir sıra xarici ölkələrdə daşınmaz əmlak almağa xərcləyir, qalanını isə xarici banklarda və ya qiymətli kağızlarda saxlamağa üstünlük verirlər.

Amma bir neçə il əvvəl dünyadakı böyük iqtisadi böhran Azərbaycan məmurlarının hətta transmilli şirkətlərə yatırdıqları investisiyanı “vurdu” və onlar ciddi maliyyə ziyanına düşdülər. Xəbərlərə görə, məhz bundan sonra daha çox məmur paralarını banklarda “yatırmağa” qərar verdi. Bu, biznes maraqları baxımından əlverişsiz olsa da, daha təhlükəsiz seçim hesab olunurdu.

Amma bu ilin fevralında İsveçrədə dünyanın ən böyük ikinci bankında - HSBC-də gizli hesabların internetə sızması bankların da əslində etibarsız olduğunu üzə çıxardı. Məlum olmuşdu ki, Azərbaycandan da 21 nəfər müştərinin ümumi bank hesabı təxminən 3,8 milyon dollar təşkil edib. Həmin şəxslər arasında ən çox pul hesabı isə 1,6 milyon dollara sahib müştəridir. Amma kimdir, nə işin sahibidir, bunlar bilinmədi. 

Əslində İsveçrə bankında üzə çıxan gizli hesabdakı məbləğ Azərbaycanın bəzi məmur-oliqarxları üçün “tum pulu” hesab oluna bilər. Heç kimə sirr deyil ki, iqtidarda uzun müddətdir vəzifə tutan şəxslərin bəziləri təkcə Bakıda və ya ölkənin səfalı guşələrində tikdirdikləri yay villalarına içinin mebelləri ilə birgə milyonlarla dollar xərcləyirlər. Elələri var ki, qarajlarında üst-üstə dəyəri milyonlar edən avtomobillər saxlayırlar.

Azərbaycan iqtidarı “şişmiş məmurların” pullarına nəzarət etmək üçün ötən ilin iyununda “Banklar haqqında” Qanuna dəyişiklik etməli oldu. Həmin dəyişikliyə əsasən, Azərbaycan məmurları (və ya sadə vətəndaş) xarici banka pul yatırırsa, bu halda mütləq Azərbaycanın dövlət orqanlarını məlumatlandırmalı, məbləğə uyğun vergiyə cəlb edilməlidir. 

Bu, artıq məmurları külli miqdarda pullarını saxlamaq üçün daha başqa planlar qurmağa sövq edəcək.

"Yeni Musavat"n redaksiyasına daxil olan məlumata görə, Azərbaycanda bir nazir uzun müddətdir ki, pullarını, yəqin ki, həm də digər qiymətli əşyaları (məsələn, antikvarlar, qızıl, daş-qaşlar, yumurta boyda brilyantlar) xaricdən gətirdiyi, yalnız özünün bildiyi xüsusi bir firmanın tikdiyi  otaqda saxlayır. Həmin otaq nazirimizin Şüvəlandakı baş evində qurulub. Onun içinə başdan sona qədər, ancaq xüsusi həcmlərə malik ultramüasir seyflər qurulub.  

Mənbənin dedikləri var-dövlətini bir sirli mağarada saxlayan məşhur hind filmini xatırlatsa da, israr edir ki, bu bir gerçəkdir. “Həmin bağ evinin içərisindəki otaq o qədər ideal və möhkəm konstruksiya ilə tikilib ki, nə yana, nə təbii fəlakətdə zədələnə bilər. Yəni bir bunker. Ən müasir texnologiya ilə qorunması da təşkil edilib. Bankı yara bilərlər, o otağı isə yox” deyə, qaynaq bildirib. Onun kimliyinə gəlincə, mənbə bu adın çəkiləcəyinin nə dərəcədə riskli olduğunu söyləyib və təbii ki, ad çəkmək istəməyib. Yalnız onu deyib ki, o məmur, onun var-dövləti haqda mətbuat çox yazır... 

Üstəlik o, elə sahəyə rəhbərlik edir ki, dövlət büdcəsindən ən çox maliyyə vəsaiti həmin sahəyə ayrılır. O da təmir, əsaslı təmir adı ilə onlardan daha çox faydalana və onları rahat mənimsəyə bilir. 

587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber