Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

Salyanlı gənc qaçırdığı qızı və onun ailə üzvlərini güllələdi

Salyan rayonunun Yenikənd kəndində Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub, hadisə törədilərkən istifadə edilmiş müvafiq sənədi olmayan “TOZ-8” markalı tüfəng götürülüb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

R.Məmmədov bir müddət əvvəl Bahar Didarovanı evlənmək məqsədilə qaçırıbmış. Bundan sonra hərbi xidmətə gedən R.Məmmədov əsgərlikdən qayıdandan sonra B.Didarovanın atası evinə qayıtdığını görüb. O, bunu qızın ailəsinə irad tutub. Münaqişə bundan sonra daha da qızışıb. R.Məmmədov sevdiyi qızı döyüb. Ailəsinin buna etiraz etməsi isə məlum faciənin baş verməsinə gətirib çıxarıb./virtualaz/
732 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
20.01.17, 09:22