Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

ABŞ agentinin heykəli qalmaqal yaratdı

ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Eduard Snoudenin büstünün müəllifləri əsərin Fort Qrin parkına geri qaytarılmasını tələb edirlər.

“Qardian” xəbər verir ki, heykəltəraşlar öz vəkilləri Ronald Kyubi vasitəsilə polisə müraciət ediblər. Onların fikrincə, heykəl bir incəsənət nümunəsi olaraq parkda saxlanılmalıdır. Çünki Nyu York tolerant və azad düşüncəli insanların şəhəridir.

Manhetten Qalereyası isə Snoudenin büstünü sərgiləməyə könüllü şəkildə razı olduğunu açıqlayıb.

Xatırladaq ki, Snoudenin büstü 6 aprel tarixində Fort Qrin parkında tapılıb. Bir neçə saat sonra isə polis heykəli nəzarətə götürüb.
632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09
05 dekabrda göz