Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

İŞİD-in ən azğın və qəddar başçılarından biri ələ keçib!

Nur-az.com fars-news.com-a istinadən:
İraqın birləşmiş qüvvələrinin əl-Rəmadi şəhərinin terrorist ünsürlərdən təmizlənməsi əməliyyatı zamanı İŞİD-in komandirlərindən Əbu Əbdürrəhman Fəlluci həbs edilib. Vaxtı ilə əl-Qaidənin üzvü olan bu şəxsin İŞİD-in təşkilində də, mühüm rolu olub. O, elə ilk zamanlardan Suriya və İraqda xalq və hərbiçilərin əleyhinə böyük cinayətlər törətdiyindən, getdikcə, İŞİD-in ən fəal üzv və komandirlərindən birinə çevrilib.

Əbu Əbdürrəhman Fəlluci indiyədək çoxlu baş kəsdiyinə görə, İŞİD-in arasında qəddarlıqda böyük ad qazanıbmış. Odur ki, İraqın təhlükəsizlik orqanları tərəfindən daim axtarışda imiş və nəhayət, əl-Rəmadi şəhərinin təmizlənmə əməliyyatı zamanı “Həşd əl-Şəbi” qüvvələrinə mənsub “Əhlül-həqq” batalyonu tərəfindən ələ keçib.
839 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber