Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2015

İŞİD-in strategiyasında cinsi təcavüz və hədsiz vahimə taktikaları!

Nur-az.com shia-news.com-a istinadən:
BMT-nin insan hüquqları ilə əlaqədar şöbəsi tərəfindən “odlu silahla törədilən cinayətlərdə cinsi təcavüz halları” ilə bağlı hazırladığı bir sənəddə belə əməliyyatlarda xüsusi rola malik “Boko haram”, “əl-Nüsrət cəbhəsi”, “Sumaliya Cavanlar hərəkatı” və bir neçə digər qoşun və qrupların sırasında İŞİD-in də adı xüsusi qeyd edilir. 2014-cü ildə cinsi təcavüz və zorla kəbinləmə halları terrorist qrupları tərəfindən Suriya, İraq, Nigeriya, Sumaliya və Malidə daha çox müşahidə olunub. Bu arada İŞİD öz müxaliflərinə təsir vasitəsi kimi milli-dini mənsubiyyətinə qətiyyən əhəmiyyət vermədən hər bir şəxsə qarşı cinsi təcavüzü mühüm bir taktika hesab edir. İndiyə qədər bu azğınlığın qurbanı olan yezidi kürdləri arasında təxminən 8 yaşdan 35 yaşadək qadın cinsinə mənsub 1500-ə yaxın arvad-uşaq qeydə alınıb. İŞİD-ə mənsub qrupların basqın etdiyi ərazilərdə cinsi təcavüz halları hədsiz forma alıb və zorla qız və qadınların terrorist xarici ünsürlərlə kəbinləmə hadisələri Suriyada daha çox müşahidə olunur.
756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10