Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Sumqayıtda 30 yaşlı kişi qətlə yetirildi

Sumqayıtın Hacı Zeynəlabdin Tağıyev qəsəbəsində qətl hadisəsi törədilib.

Daşkəsən rayon sakini, 30 yaşlı Qurbanov Rasim Yasin oğlu güllələnərək öldürülüb. Rasim Qurbanov H. Z. Tağıyev-çeşidləmə stansiyasının ərazisində məskunlaşan qayınatası gildə müvəqqəti yaşayırmış. Ailənin qoyunları itib və ailə üzvləri onları axtarmağa başlayıblar. Qoyunlar tapılsa da, Rasim Qurbanovdan xəbər çıxmayıb.

Bununla bağlı polis orqanlarına məlumat verilib və 30 yaşlı kişinin axtarışlarına başlanılıb. Nəhayət, uzun axtarışlardan sonra Rasim Qurbanovun meyiti Xızı rayonu ərazisindən tapılıb. Meyitin üzərində tapançadan açılmış bir neçə güllə yarası aşkarlanıb. Rasim Qurbanovun Sumqayıt ərazisində qətlə yetirildiyi, meyitinin isə Xızı rayonu ərazisinə atıldığı güman edilir./apa/
689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:46