Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Bakıda qonşu qonşunu güllələdi

Bu gecə Bakının Xəzər rayonunda silahlı insident baş verib.

Hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan Hüseynov Bəxtiyar Yaşar oğlu naməlum şəraitdə odlu silahla hər iki ayağından güllələnib. Yaralı yaxınları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan Bəxtiyar Hüseynov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, Bəxtiyar Hüseynov qonşusu tərəfindən güllələnib. Cinayəti törədən şəxs hadisə yerindən qaçdığından, polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar davam edir./apa/
627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat