Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Yunanıstan Rusiyadan yeni silahlar almağı planlaşdırır

Bu barədə Yunanıstanın müdafiə naziri panos Kammenos Moskvada beynəlxalq təhlükəsizlik mövzusunda keçirilən konfransda bəyan edib.

O, bildirib ki, ölkəsi silah tədarükü ilə bağlı razılıqlara əsasən Rusiya ilə iş birliyini davam etdirəcək.

“Hazırda S-300, Tor-M1 və Kornet kimi satın alınan silah sistemlətinin baxımı üçün işlər görüləcək. Köhnə silahların əvəzində yenilərini alacağıq”, – deyə yunan nazir sözlərinə əlavə edib.

Bundan başqa, o, Aİ-nin də Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların yaxın zamanlarda geri götürülməsini ümid etdiyini qeyd edib.
651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber