Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

13 əsgər və polis qətlə yetirilib

İraqda terrorçular 13 əsgər və polisi qətlə yetiriblər

“Associated Press” agentliyinin verdiyi məlumata görə İraqda intiharçı-terrorçuların son üç hücumu nəticəsində 13 əsgər və polis qətlə yetirilib, daha 32 nəfər yaralanıb.

Terrorçulardan biri Bağdaddan 50 kilometr şimalda yerləşən Tarmiya şəhərindəki hərbi obyektin qapısı yaxınlığında özünü partladıb. Hadisə yerində çoxlu insan toplaşandan sonra həmin terrorçunun cinayət yoldaşı elə oradaca da ikinci partlayışı törədib. Nəticədə doqquz nəfər həlak olub.

Bağdad şəhərinin şimal həndəvərində yerləşən Taci yaşayış məntəqəsində bir intiharçı özü ilə polis məntəqəsinə gətirdiyi partladıcı qurğunu işə salıb, nəticədə dörd polis əməkdaşı ölüb, daha doqquz nəfər yaralanıb.

Agentliyin məlumatına görə noyabr ayında terror hücumları nəticəsində artıq 373 nəfər həlak olub.
1650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber