Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Manat daha 3 qəpik ucuzlaşdı

«Sancılı» 3 aylıq dönəmin başlandığı müşahidə edilir, həftə sonuna kimi 1 dollar 1 manat 10 qəpik ola bilər

Fevralın 21-dən etibarən səksəkə içində olan Azərbaycan əhalisi manatın dəyərdən düşməsinə adət etsə də, bunun kəskin formasının olacağı əndişəsini yaşayır. Hökumətə bu məsələdə qəti güvənməyən insanlar verilən vədləri də ciddiyə almırlar. Elə bu səbəbdəndir ki, manatın digər valyutalara nisbətdə məzənnəsini mütəmadi olaraq izləyirlər. Ki, baş verə biləcək istənilən dəyişikliyə uyğun addım atsınlar.

Dünən xəbər vermişdik ki, Azərbaycan manatı üçün kritik 3 aylıq dönəm artıq başlayıb. Buna səbəb isə dünya bazarında neftin qiymətinin yaxın həftələrdən etibarən 40-45 dollar olacağı barədə proqnozların verilməsidir. Həmin müddət ərzində neftin qiymətinin aşağı düşməsi manatın da dönərliliyinə təsir edəcək. Hətta bunun kəskin olmasa da, devalivasiya ilə müşahidə ediləcəyi proqnozlaşdırılır.

Bu gün isə həmin 3 aylıq «sancı» dönəminin başlandığı müşahidə edilməkdədir. Dünən axşam saatlarından etibarən Valyuta Dəyişmə Məntəqələrində 1 dollar 1,08 manata dəyişdirilib. Səhər saatlarında ggələn xəbərlərdə isə vurğulanır ki, kurs dəyişməyib və Mərkəzi Bankın müəyyən etdiyi məzənnədə müəyyən dəyişikliklər olacaq. Hətta həftə sonuna kimi, 1 dolların 1,1 manat olacağı da gözləntilər içindədir./jam.az/
711 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03