Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Oqtay Əsədova qarşı kampaniya başladı: «ÖZÜNSƏN»

NİDA-çılar spikeri SMS yağışına tutmağa başlayıblar: «Bu cür məmurların xalqla ünsiyyəti sadəcə təhqirdən ibarətdir»

Məlum olduğu kimi, iki gün öncə Milli Məclisin sessiyasında çıxış edən spiker Oqtay Əsədov Bakıda keçiriləcək Birinci Yay Olimpiya oyunları barədə danışarkən ciddi siyasi səhvə yol verib. Həmin çıxışında parlamentin sədri bildirib ki, Avropa Yay Oyunlarına qarşı çıxanlar ermənidən daha pisdirlər.

Bu sözlərindən dolayı artıq NİDA Vətəndaş Hərəkatı yeni bir kampaniya başladıb. Həmin kampaniya Oqtay Əsədovun şəxsi telefonuna SMS göndərməkdən ibarətdir. Və həmin SMS-də isə «ÖZÜNSƏN» sözü yazılır.

Bununla bağlı Faebookda açıqlama yayan Vətəndaş Hərəkatının üzvləri qeyd ediblər ki, hamı bu etiraza qoşulmalıdır. «Sizcə xalqın cibindən oğurluq edib, digər ölkələrin, həmçinin ermənilərin hesabını vermək daha pisdir, yoxsa Avropa Oyunlarına etiraz etmək? Bəli, biz əhalinin pis yaşadığı ölkədə hansısa lazımsız yarışa qarşı çıxırıq. Etiraz olaraq Oqtay Əsədova SMS şəklində " özünsən" yazırıq. Hər birinizi bu etiraza qoşulmağa dəvət edirik. Bu cür məmurların xalqla ünsiyyəti sadəcə təhqirdən ibarətdir. Oqtay Əsədovun əlaqə nömrəsi: 050-200-92-22»./jam.az/
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP