Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

“Erməni soyqırımı”nı tanıyan ölkələr - Siyahı

Aprelin 15-də Avropa Parlamenti Brüsseldə keçirilən iclasında qondarma “erməni soyqırımı”na dair qətnamə layihəsi qəbul etdi.

Ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirirək ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndi ayrı-ayrı ölkələrin parlamentlərində deputatlar əl qaldırıb, endirməklə sözdə “soyqırımı”nın guya, 1915-ci ildə olduğu barədə sənədlər qəbul edirlər. Bir səhifə tarix kitabını oxumayan, uğursuz tarixçi rolunda çıxış edən ayrı-ayrı əcnəbi deputatların bu hərəkəti təkcə məsuliyyətsizlik deyil, tarixi faktlar, materiallara hörmətsizlikdir, tarixi inkar etməkdir. 

Təəssüf ki, erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri qondarma “erməni soyqırımı” ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar. 15 aprelin 2015-ci il tarixində Avropa Parlamenti də belə bir xain qərar qəbul etdi. Aprelin 24-də uydurma “soyqırımı”nın 100 illiyinə hazırlaşan ermənilər Avrupa parlamentinin bu addımını toy-bayram etməyə başlayıblar.

Siyahı heç də balaca deyil… Bu üzdəniraq iddianı dəstəkləyənölkələrin sayı 20-ni keçib…

İsveç parlamenti  - 12 mart 2010-cu ildə düzənlənən səsvermə ilə 1915-ci hadisələrini “soyqırımı” olaraq tanıyıb.

Uruquay - 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə qondarma “erməni soyqırımı” iddialarını qəbul edib.

Yunan Kipri - 1982-ci ildə “soyqırımı” iddialarını qəbul edib.

Amerika Birləşmiş Ştatları – ABŞ-ın 41 ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsasız “soyqırımı” tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver,  Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin.

Argentina – “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.

Rusiya  - əvvəl 1995-ci ilə, sonra da 2005-ci ildə “soyqırımı” qəbul edib.

Kanada - 1996, 2000 və 2004-cü illərdı qondarma sənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edilib.

Yunanıstan - 1996-cı ildə “soyqırımı” tanıyıb.

Livan - Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və 2000-ci ildə “soyqırımı” tanınıb.

Belçika – 1998-ci ildə qondarma “erməni soyqırımı”nı tanıyıb.

İtaliya – 2000-ci ildə ermənilərin “soyqırımı”na uğradığını qəbul edib.

Vatikan - İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.

Fransa – 1998-ci ildə “erməni soyqırımı”nı tanıyıb. Fransada sözdə “erməni soyqırımı”nı rədd etmək cinayət sayılır.

İsveçrə - “soyqırımı” iddialarını 2003-cü ildə qəbul edib.

Slovakiya – 2004-cü ildə “erməni soyqırımı”nı tanıyıb.

Hollandiya – 2004-cü ildə erməni iddialarını qəbul edib.

Polşa – 2005-ci ildə qəbul edib.

Almaniya
 – 2005-ci ildə qəbul edin.

Venesuela – 2005-ci ildə qəbul edib.

Litva – 2005-ci ildə qəbul edib.

Çili – 2007-ci ildə qəbul edib.

Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya – 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul ediblər.

Qondarma “erməni soyqırımı”nı qəbul edən təşkilatlar:

BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası

Avropa Şurası 

Avropa Parlamenti 

Dünya Kilsələr Şurası 

İnsan Haqları Dərnəyi 

YMCA Avropa Birliyi 

“Permanent Peoples” Tribunal

768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı