Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Vəkil Əlayif Həsənov barədə hökm dəyişdirilmədi

«Ali Məhkəmə də kassasiya şikayətimi təmin etməsə, bu işi Avropa Məhkəməsi müstəvisinə çıxaracağam»

Dünən Bakı Apelyasiya Məhkəməsində vəkil Əlayif Həsənovun Yasamal Rayon Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb. Məhkəmə vəkilin apelyasiya şikayətini təmin etməyib - birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsi noyabrın 6-da vəkilin barəsində dustaq Nuriyyə Hüseynovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında hökm çıxarıb. Hökmə əsasən, Əlayif Həsənov CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə təqsirli bilinərək, 240 saat ictimai işlər cəzasına məhkum edilib.
Nuriyyə Hüseynova Kürdəxanıdakı 1 saylı Bakı Istintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla eyni kamerada saxlanılıb. Əlayif Həsənov müdafiəçisi olduğu Leyla Yunusa istinadən açıqlama yaymışdı ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir. Nuriyyə Hüseynova Əlayif Həsənovu buna görə xüsusi ittiham qaydasında məhkəməyə verərək, onun təhqir və böhtana görə cəzalandırılmasını istəmişdi.
Əlayif Həsənov Bakı Apelyasiya Məhkəməsinə şikayətində hökmün ləğvini və ona bəraət verilməsini xahiş etmişdi.
Əlayif Həsənov “Azadlıq”a açıqlamasında bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək. Əgər Ali Məhkəmə də şikayəti təmin etməsə, o halda, işi Avropa Məhkəməsi müstəvisinə çıxaracaq./azadlıq/
704 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...