Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Rus rublu özünə gəlir

Vaxtı Rusiyada rublun məzənnəsində əhəmiyyətli dəyişiklik baş verib.

Belə ki, rublun dəyəri qalxıb və bir dollar 50 rubla yaxınlaşıb.

Bu, ötən ilin noyabrından ilk dəfə qeydə alınıb. Rubl bu ilin əvvəlindən 22 faiz yüksəlib.

İçtisadçı-ekspertlər bildiriblər ki, bu, qısamüddətli ola bilər.

Belə ki, Rusiya Mərkəzi Bankı aprelin sonunda faiz dərəcəsini azaltmağı düşünür. Xam neftin qiymətinin qalxması, Ukraynanın şərqində böhranın nisbətən səngiməsi rublun yüksəlməsinə səbəb olub.

Hazırda Azərbaycanda da Rusiya rublunun kursunda bahalaşma müşahidə edilib və 1 rublun dəyəri 0.0206-dan 0.0211-ə qədər qalxıb.

Xatırladaq ki, dünya bazarında neftin qiymətinin düşməsi və Moskvaya Ukrayna böhranı səbəbindən Qərbin qoyduğu sanksiyalar 1998-ci ildən bəri rublun ən aşağı həddə düşməsinə gətirmişdi. Ötən il dekabrın ortasında bir dollar 80 rubla bərabər idi.
648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP