Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Elşən Mustafayevin həbs müddəti uzadılıb

Səbail Rayon Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi təqdimata baxılıb.

Bu barədə məlumat verən vəkil Əfqan Məmmədov bildirib ki, məhkəmənin qərarı ilə E. Mustafayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, E. Mustafayev ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. O, şərlənərək  Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir./apa/
773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber