Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

İcra başçısı «olimpiada vergisi» yığdırır

Alı Alıyev bütün büdcə təşkilatları rəhbərləri və sahibkarlardan Avropa Yay Oyunları üçün pul tələb edir

Bakıda keçiriləcək Birinci Avropa Yay Oyunları bəzi icra başçılarının qazanc yerinə çevrilib. Artıq bir neçə rayonda bununla bağlı qalmaqallı vəziyyət yaşanır. Onlardan biri də Füzuli rayonudur.

Daxil olan məlumata görə, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Avropa Yay Oyunlarını bəhanə edərək, bütün büdcə təşklatlarından və yerli sahibkarlardan pul toplatdırır. Alıyev müavinləri vasitəsi ilə yerli idarə və müəssisə rəhbərlərinə ismarıc göndərib ki, sözügedən idman yarışına maliyyə yardımı etmək zərurəti yaranıb və bu səbəbdən də onların hər biri müəyyən məbləğdə dəstək verməlidirlər.

Analoji durumla həmçinin sahibkarlar da üzləşiblər. Və onlara da çatdırılıb ki, Avropa Oyunlarının təşkili üçün hər biri pul verməlidir. İş adamlarından istənilən məbləğin onların ticarət dövriyyəsinə uyğun şəkildə olduğu vurğulanır. Bildirilir ki, ilkin rəqəm 500 manatdan başlayır və 5000 manata qədər yüksəlir. Büdcə təşkilatları üçün isə bu rəqəm standrat olaraq 5 min manatdır.

Maraqlıdır ki, rəsmi qurumlardan yerli İcra Hakimiyyətlərinə bu məsələ ilə bağlı heç bir şifahi və ya yazılı göstəriş gəlməyib. Gedişatdan isə belə məlum olur ki, bəzi icra başçıları əlverişli şəraitdən yararlanaraq, pul toplamaq fikrinə düşüblər./jam.az/
666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP