Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Gənc oğlanın başına göydələndən daş töküldü

Bakıda 23 yaşlı gənc bədbəxt hadisə ilə üzləşib.

"Report"un məlumatına görə, Xətai rayonu ərazisində tikilməkdə olan hündürmərtəbəli binalardan birinin qarşısından keçən Bakı sakini Emin Gözəlovun başına həmin tikilidən daş parçaları tökülüb. Hadisə nəticəsində xəsarət alan gənc 1 Saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı yaralının baş nahiyəsindən zədələndiyi və qolunun sındığı məlum olub.

Hadisə barədə Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinə məlumat verilib. Hazırda bölmənin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
750 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 09:23