Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Putin: Rusiya heç kimlə müharibə istəmir

“Rusiya heç kimlə müharibə aparmaq istəmir. Bununla belə müdafiə qabiliyyətini gücləndirəcək”.

Bunu Rusiya prezidenti Vladimir Putin yerli telekanalların canlı yayımında bəyan edib: “Heç kimə məsləhət görməzdim ki, Rusiyanı özünə düşmən hesab etsin. Rusiyaya qarşı çıxış etmək hər bir ölkənin seçimidir. Bəzən buna Vaşinqtonun təsiri olsa da, biz bu seçimə hörmətlə yanaşırıq”.

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasının şərtlərini də açıqlayıb. O, bildirib ki, əsas şərt Rusiyaya hörmətin göstərilməsidir: “Qərblə münasibətləri pozan biz olmamışıq. Biz əməkdaşlıq etmək istəyirik”.
Sanksiyalar vasitəsi ilə Rusiyaya ziyan vurmağın faydasız olduğunu deyən Putin qeyd edib ki, ABŞ-a tərəfdaşlar deyil, vassallar lazımdır: “Rusiya isə bu cür münasibətlər sistemində özünü görmür. Nəinki görmür, heç bu sistemdə yaşaya da bilməz”.
614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber