Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Türkiyədə universitetə hücum: ölənlər var

Türkiyənin Mardin şəhərində silahlı insident baş verib.
Mardin Artuklu Universitetində iki qrup arasında baş verən silahlı qarşıdurmada tikinti mühəndisi 41 yaşlı Murat Aktaş ölüb, 4 nəfər isə yaralanıb.
Universitetin iqtisad fakültəsinin qarşısında tikiləcək 20 milyon lirə dəyərində ictimai obyektlər üçün bu gün universitetdə tender keçirilib. Tədbirdən əvvəl iki qrup arasında elə tender məsələsinə görə, mübahisə yaşanıb. Lakin bu kiçik söz-söhbət qısa müddət sonra silahlı qarşıdurmaya çevrilib. Hadisə zamanı Murat Aktaş aldığı güllə yaralarından yerindəcə keçinib. Yaralı şəxslər isə dərhal xəstəxanaya çatdırılıb.
Polis hadisə ilə bağlı istintaqı davam etdirir. /atv/
604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...