Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

"Rusiyanın İrana S-300 raketlərini ixrac etməsi ABŞ-a iynə kimi batdı"

ABŞ-ın nüfuzlu "Washington Times" jurnalının məşhur analitiki Todd Vud hesab edir ki,. Rusiyanın İrana S-300 zenit-raket komplekslərinin ixracına tətbiq edilən qadağanı ləğv etməsi rəsmi Moskvanın böyük siyasi qələbəsi, ABŞ-ın isə xarici siyasətdə növbəti səhvidir.

Deyerler.org-un "RİA Novosti" yə istinadən verdiyi xəbərə görə, Vud qeyd edib ki, ABŞ siyasətçilərinin xarici siyasətdə buraxdığı bu səhv Moskva-Tehran-Pekin müqavimətinin yaranmasına səbəb olacaq. Bu ölkələrin hər biri ABŞ-a qarşı dözümsüzdür.

Onun sözlərinə görə, İrana S-300 zenit-raket komplekslərinin ixracına tətbiq olunan embarqonun ləğv olunması əslində Qərb üçün böyük problemdir. Rəsmi Tehranın əlinə bu cür mürəkkəb müdafiə sistemi keçsə, Yaxın Şərq regionunda güc konfiqurasiya və güc balansı tamamilə dəyişəcək.

"Rusiyanın xüsusən İrana silah ixrac etməsi Moskvanın böyük uğrudur. Rusiya zərər vermək üçün əlindən gələni edir. S-300 zenit-raket kompleksləri isə böyük zərbədir. Rusiya İranı İsrailin hava hücumlarından tamamilə müdafiə olunmasına şərait yaradır", - deyə o, bildirib.
614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber