Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Ermənilər Tovuza yol çəkir

Ermənistan Naxçıvanla sərhəddə hərbi istehkamlarını gücləndirəcək.

Erməni KİV-lərinin verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə naziri Seyran Ohanyan bildirib.

Erməni nazir jurnalistlərə açıqlamasında vurğulayıb ki, sərhəddə atəşkəsin mütəmadi olaraq pozulması ilə əlaqədar sərhəd bölgələrdə müdafiə sistemi möhkəmləndiriləcək.

Ohanyan həmçinin qeyd edib ki, cəbhə yaranan təhlükəyə görə, Azərbaycanın Tovuz rayonu istiqamətində yeni yol çəkiləcək.
Nazir buna köhnə yolun atəş radiusunda olduğunu əsas gətirib.

"Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantıdır. Bu, bizim hərbi doktrinamızda da göstərilib. Əgər təhlükə yaranarsa, qarşıdakı hədəfləri birgə yerinə yetirəcəyik"-deyə Ohanyan əlavə edib.
2178 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.17, 23:30
GÖZƏL DUA - VİDEO
17.10.17, 22:28
Lerikə güclü qar yağıb