Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2015

Sabunçuda ağır qəza: 2 ölü, 2 yaralı

Ötən gecə paytaxtın Sabunçu rayonunda iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. İçində 4 nəfərin olduğu yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı hasara çırpıb.

Divara çırpılan avtomobil daha sonra 2 yeniyetməni vurub. Onların hər ikisi elə hadisə yerində dünyasını dəyişib. Maşında olan 15 yaşlı Kənan Hüseynov və 13 yaşlı Aftandil Vahidov isə, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılar dərhal əməliyyat olunublar.

Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. Qəza törədən sürücü 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb./apa/
671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber