Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

İran ən müasir uzaqmənzilli və strateji radarının təqdimatını keçirib

İran ən müasir uzaqmənzilli və strateji radarının təqdimatını keçirib. “Mehr” xəbər agentliyinin məlumatına görə, “Əsr” adlanan radar İran Silahlı Qüvvələrinin baş komandanın müavini general-mayor Abdülrəhim Musəvi və İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Həbibullah Səyyarının iştirakı ilə nümayiş etdirilib.

Radar dənizdə yararlanmaq üçün istehsal olunub, müxtəlif kreyzerler və hərbi gəmilərdə istifadə ediləcək. Yerli mütəxəssislər tərəfindən istehsal edilən radar hədəflərini 4 metr və 110 mil yüksəklikdə müəyyənləşdirmək qabiliyyətinə sahibdir. “Əsr”in digər xüsusiyyəti də dost və düşməni müəyyənləşdirmək qabiliyyətinə malik olmasıdır. Radarın “Cruise” raketlərini təsbit etməklə yanaşı, eyni anda yüz hədəfi təqib etmək qabiliyyəti var və elektron müharibədə də istifadə edilə bilər.
1672 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...