Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2015

“SOVETSKI” sakini haqq axtarışında

Bakı səhəri “Sovetski” məhəlləsi deyilən ərazidə yaşayan Rzayeva Tahirə Həmzəxan qızı redaksiyamıza üzləşdiyi problemlərlə başğlı müraciət edib. Şikayətçı bildirir ki, 1980-ci ildən Ç. Mustafayev küçəsi ev 14-ə (keçmiş 1 May küçəsi) qeydiyyatdadır və həmin ünvanda yaşayır. Həmin mülk həyat yoldaşı Rzayev Vahid Ağamirzə oğluna məxsus olub, həyətin digər sakini isə Vahidin xalası Validə Mahmudova olub. Validənin isə Gülnarə adlı bir qızı olub , o da 1988-ci ildə ərə gedib. Vahidin xalası Validə 1995-ci ildə rəhmətə gedəndən sonra qızı Gülnarə Həsənova anasının payına düşən mənzilləri müxtəlif adamlara ayrı-ayrı vaxtlarda satıb.
Tahirə Rzayeva daha sonra bildirir ki, heç ağlına da gəlməzdi ki, onları nə vaxtsa yaşadıqları ərazidən köçürə bilərlər. Kimsə onun mənzilinə payçı kimi şərik olmaq istəyər. Ona məxsus olan mənzilləri qanuni şəkildə özəlləşdirməkdə belə məqsədi olmayıb. Sadəcə bankdan kredit götürmək məqsədi ilə yaşadığı mənzillərin xüsusi mülkiyyət sənədlərini qaydaya salmaqdan ötəri məhkəməyə müraciət edib və Yasamal Rayon məhkəməsinin 08 may 2000-ci il tarixli qətnaməsinin əsasında Dövlət Reystr Xidmətindən Xüsusi mülkiyyət haqqında vəsiqə alıb.
Rzayeva Tahirə qeyd edir ki, “Sovetski” ərazisinin sökülməsi gündəmə gəldikdən sonra həyat yoldaşının xalası qızı Gülnarə Həsənova ona məxsus olan mənzillərə şərik olmaq iddiasına düşüb və bunu məhkəmə qaydasında həyata keçirmək istəyib. 2014-ci ilin may ayının 8-də Yasamal Rayon məhkəməsi ona lazım olan qərarı vermədikdə, noyabr ayında Bakı Apelyasiya məhkəməsinə üz tutub. Burada özünə himayədar da tapa bilib. Bu adam Bakı Apelyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmovadır. 27 noyabr 2014-cü il tarixdə keçirilən məhkəmə iclasında Xuraman Məhərrəmova mənə nümayişkəranə şəkildə bildirdi ki, sənin “kupçan” qanunsuzdur mən onu ləğv edəcəm. Mən başa düşə bilmirəm, nə vaxtdan hakimlər öz adlarından danışırlar. Bildiyimə görə məhkəmələrdə bütün qərar və hökmlər dövlət adından verilməlidir. Həmin məhkəmə baxışı zamanı Xuraman Məhərrəmova məni təhqir etməkdən də çəkinmədi. Bundan sonra mən Nazirlər Kabinetinə, Məhkəmə Hüquq Şurasına, Prezident Administrasiyasına müraciətlər edərək bu özbaşnalığın qarşısının alınmasını xahiş etdim. Bununla da hüququmun bərpa olunacağına ümid etdim. Amma mənə 2015-ciilin fevral ayında 27 fevral 2014-cü il tarixdə Apelyasiya Məhkəməsində olmaq barədə bildiriş gəldi, tarixin köhnə olduğunu görüb buna əhəmiyyət verməmişəm. Daha sonra isə mart ayının 29-da Bakı Apelyasiya Məhkəməsinin qərardadı poçt vasitəsi ilə mənə çatdırıldı. Qərardaddan Xuraman Məhərrəmovanın verdiyi “vədi” icra etdiyi aydın görünür. Həm də burada bəzi qaranlıq məqamlar üzə çıxır. Demək qəsdən bildirişdə 2014-cü il tarixi göstərilibmiş ki, mən məhkəmədə iştirak edə bilməyim. Bu da azmış kimi hələ üstəlik məhkəmə qərarının mənə çatdırılmasında da Xuraman Məhərrəmova “oyun” qurmaq istəyib ki, mən həmin qərardaddan kasasiya şikayəti verə bilməyim. Deməli, Xuraman Məhərrəmova 27 fevral 2015-ci il tarixdə mənim mənzilimin “kupçasının” ləğv edilməsi barədə qərardad çıxarır. Mart ayının 2-də isə qərardadın mənə göndərilməsi barədə məktub yazir. Amma həmin məktub 1073 saylı poçtda 24 mart 2015-ci il tarixdə qeydə alınır və 26 mart 2015-ci il tarixdə isə 1006 saylı poçta verilir.
Tahirə Rzayeva buna baxmayaraq ona edilən qanunsuzluğun qarşısının Ali Məhkəmədə alınacağına ümid edir. Bildirir ki, Xuraman Məhərrəmova yəqin özü də çıxardığı qərarın əsassız olduğunu anladığından işin Ali Məhkəməyə çıxmasını əngəlləmək istəyib. Amma inanmaq istərdim ki, bunun qarşısını ala biləcək hakimlər tapılacaq./azadlıq/
648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:2