Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2015

İrandan BMT-yə çağırış

İranın Xarici İşlər naziri Birləşmiş Millətlər Təşkilatına (BMT) çağırış edib.

İranın Xarici İşlər naziri Muhamməd Cavad Zərif BMT-nin baş katibi Ban Ki-Muna Yəməndəki hərbi əməliyyatların dayandırılması və dərhal bölgəyə yardım göndərilməsi tələbini irəli sürüb. Bu barədə İranın “IRNA” rəsmi xəbər agentliyi xəbər yayıb.

Xəbərdə bildirilir ki, Zəriflə BMT baş katibi arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər beynəlxaq mövzularla yanaşı, bölgədəki vəziyyətə dair də fikir mübadiləsində olublar.

İranlı nazir Ban Ki Muna ölkəsinin Yəməndəki böhranı aradan qaldırmağa hazır olduğunu, tərəflərin dialoqa çağırılmasının vacibliyini bildirib.
673 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:36