Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2015

Yəmənə hər gün 40 aviazərbə endirən Səudiyyə məqsədinə çata bilmir

Yəməndə Səudiyyə və müttəfiqlərinin 3 həftəlik qətliamı: Yəmənə hər gün 40 aviazərbə endirən Səudiyyə məqsədinə çata bilmir

Səudiyyə və müttəfiqləri artıq 21-ci gündür ki, Yəməndə təcavüzkar hücumlarını davam etdirir.

Səudiyyənin rəhbərliyi altındakı Ərəb koalisiyasının döyüş təyyarələrinin Yəmənin Kritər, Hur Məskər və Ədən şəhərinə təcavüzkar hücumları zamanı xeyli sayda mülki vətəndaşın öldüyü və yaralandığı bildirilir.

Səudiyyənin rəhbərliyi altındakı Ərəb koalisiyasının döyüş təyyarələrinin Yəmənin Kritər, Hur Məskər və Ədən şəhərinə təcavüzkar hücumları zamanı xeyli sayda mülki vətəndaşın öldüyü və yaralandığı bildirilir.

Səudiyyə döyüş təyyarələrinin Saada əyalətində Respublika xəstəxanası, mağazalar, yaşayış məntəqələri və neft idarələrini hədəfə aldığı qeyd olunub.

Səudiyyə və müttəfiqlərinə məxsus döyüş təyyarələrinin Yəmənin Saada şəhərindəki yanacaq anbarı ilə yanacaq doldurma stansiyanı bombalaması nəticəsində 3 nəfərin həlak olduğu və 3 nəfərin yaralandığı bildirilib.


Təcavüzkar qüvvələrin döyüş təyyarələrinin Saada şəhərinin çölünü intensiv şəkildə bombalaması nəticəsində aralarında 5-i uşaq olmaqla 9 mülki vətəndaşın həlak olduğu qeyd olunub.

Elə həmin gün Səudiyyə qırıcıları Saada əyalətinin Dhahyan rayonundakı açıq bazarı hədəfə alaraq bombalayıb. Daha sonra isə Saada əyalətinin Səhar rayonunda telekommunikasiya şəbəkəsini hədəfə alaraq bombalayıblar.

Ötən gecə Saada şəhərinə təşkil olunan 40 hava hücumu nəticəsində ümumilikdə azı 30 nəfərin həlak olduğu, ən azı 75 nəfərin də yaralandığı bildirilib.

Səudiyyənin rəhbərliyindəki Ərəb koalisiyasına məxsus döyüş təyyarələrinin Əmran şəhərinə təşkil etdiyi hava hücumunda 5 mülki vətəndaşın öldüyü vurğulanıb.



Bu arada Səudiyyə döyüş təyyarələrinin paytaxt Sənadan 100 kilometr cənubda yerləşən Dhamar əyalətinin Yarim rayonunu bombalaması nəticəsində 5 nəfərin yaralandığı qeyd olunub.

Digər bir xəbərdə isə Səudiyyə və müttəfiqlərinin döyüş təyyarələrinin paytaxt Sənadakı Beynəlxalq Hava Limanına hava zərbələri endirdiyi bildirilib. Hücum nəticəsində ölən və yaralananlar barədə hələlik dəqiq məlumat verilməyib.

Yəmən xəbər agentliklərinin bildirdiyinə görə, Səudiyyə hərbi təyyarələri Yəmənin şimal-qərbindəki Həccah vilayətinin Abs rayonunda sutəmizləyici qurğunu hədəfə alaraq bombalayıblar. Daha sonra isə eyni məntəqədə yerləşən ictimai binaları, habelə əkinçilik torpaqlarını pulemyotlardan atəşə tutublar.


Digər tərəfdən Səudiyyənin Yəməndə müttəfiqləri sayılan Əl-Qaidə terror təşkilatı da 15 əsgəri edam edib. Əl-Qaidə təşkilatı Şəbuh əyalətində 11 hərbiçini gülləyərək, 4 əsgəri isə başını kəsərək edam edib. Terrorçular Hudeydə regionunda hava limanına hücum edib, burada yəmənli hərbçilərlə terrorçular arasında qarşıdurmalar baş verib. Koalisiya qüvvələrinin Əl-Qaidə terrorçularına xeyli silah-sursat atdığı da bildirilib.

Bu arada Yəmənin Ənsarullah qüvvələri, İnqilabi Xalq Komitələri və Yəmən ordusunun Məarib şəhərindəki strateji əhəmiyyətə malik Cəbəl Muhaccər və Vadi Əl-Məlah şəhərlərini terrorçulardan təmizlədiyi bildirilib.

Hazırda Yəmənin Əd-Dali, Məarib və Ədən şəhərlərində Ənsarullah qüvvələri ilə istefa vermiş sabiq prezident Hadi tərəfdarı qüvvələri arasında güclü qarşıdurmaların getdiyi qeyd olunur.

Yəməndə humanitar vəziyyət gərgin olaraq qalır. BMT-nin  Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Yəməndə əhalinin yarıya qədərinin əsas ehtiyaclarını təmin etmək təhlükəsilə üzləşdiklərini açıqlayıb.


BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən yazılı açıqlamada, Yəməndəki qarşıdurmaların ərzaq istehsalı üçün çox mühüm olan kənd təsərrüfatı mövsümünə təsadüf  etməsi, təxminən 11 milyon insanın əsas ərzaq ehtiyacını təmin etmək təhlükəsilə üzləşdiyi qeyd olunub.


FAO-nun açıqlamasında kənd təsərrüfatı fəaliyyətləri üçün mühüm olan dövrdə fermerləri müdafiə proqramının davam edilməsi üçün ən azı 8 milyon dollar lazım olduğunu bildirilib.

Yəməndə 4,8 milyon insan gündəlik ərzaq ehtiyaclarını ödəyə bilmir. Bununla belə 10,6 milyon insan hazırda ərzaq təhlükəsi ilə üz-üzə olması ilə yanaşı ölkə daxilində 850 min uşağın da lazımı səviyyədə qidalanmadığı qeyd olunub. Yəmənin 26 milyonluq əhalisinin 16 milyonu humanitar yardıma ehtiyaclı və təmiz içməli su mənbələrindən məhrum şəraitdə yaşadığı bildirilib./Deyerler/

 

1803 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber