Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2015

“Türkiyə Qətərin maliyyəsilə terroru dəstəkləyir”

Liviya baş nazirindən ağır ittiham: “Türkiyə Qətərin maliyyəsilə terroru dəstəkləyir”

Liviya baş naziri Türkiyənin Qətərin pulu ilə Liviyada terrorçulara dəstək verdiyini bildirib.

Deyerler.org-un Shafaqna saytına istinadən verdiyi xəbərə görə, Liviya baş naziri Abdulla Sani televiziya kanalların birinə verdiyi müsahibəsində Türkiyə və Qətərə qarşı ittiham irəli sürüb. “Çox açıq bir şeyi ifadə etmək istəyirəm. Türkiyə Qətərin maliyyələşdirməsilə Liviyada terrorizmi dəstəkləyir. Bəzi ölkələr Liviyada radikalları iş başına gətirmək üçün gecə-gündüz çalışır!”, - deyə Liviya baş naziri bildirib.

Abdullah Sani sözlərinə belə davam edib: “Liviya ən çətin şəraitində bir vaxtlar bu ölkənin yanında olan dostları onu tək buraxıb. Məhz buna görə, biz də Rusiyaya sığındıq. Onsuz da Rusiya ilə daha əvvələ söykənən silah sənayesi və hərbi sahədə müqavilələrimiz mövcud idi. Liviyaya digər ölkələrdən silah embarqosu tətbiq olunub. Bunun mənbəyi isə ingilislərdir. Elə bu səbəbə əsasən Liviya üzərindəki silah embarqosunun ləğv edilməsi məsələsində Rusiyanın dəstəyini gözləyir”.

Abdullah Sani, bəzi ərəb ölkələrinin regional məsələlərdəki riyakar mövqelərini də tənqid edib./deyerler/
629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07