Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2015

18 apreldə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 17-22, bəzi yerlərdə 24, dağlarda gecə 1-6, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.
643 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP