Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

“Google Chrome” brauzerində səs axtarış sistemi istifadəyə verilib

Kompüter və noutbuklar üçün “Google Chrome” brauzerində səs axtarış sistemi istifadəyə verilib. “Google Voice Search Hotword” genişlənməsinin beta-versiyasını şirkətin rəsmi internet mağazasından yükləmək olar.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, genişlənməni quraşdırdıqdan sonra istifadəçilərə “Google.com” səhifəsini açmaq və "OK, Google" demək təklif edilir. Bundan sonra axtarılan söz və ya ifadəni söyləmək lazımdır.

Bundan başqa, yeni xidmətin köməyi ilə xatırlatma, həmçinin on dəqiqəlik taymer quraşdırmaq olar. /İctnews/
1749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP