Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

Ərbildəki partlayışda 2 türk öldü

İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində 2 Türkiyə vətəndaşı ölüb.

Haberler.com xəbər portalının verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər Nazirliyi faktı təsdiqləyərək, yaralananlar arasında daha 5 Türkiyə vətəndaşının olduğunu bildirib.

Reuters agentliyinin məlumatına əsasən, ABŞ konsulluğu qarşısında törədilən partlayışa görə məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb.

Bundan əvvəl ölənlərin sayının 3-ə, yaralananların isə 14-ə çatdığı bildirilirdi.

ABŞ dövlət departamentinin məlumatına əsasən, konsulluğunun əməkdaşları arasında zərər çəkən yoxdur./apa/
749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi