Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

“Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi necə tutulub?

“Facebook”da tənqidi statuslarına görə tutulduğu iddia olunan Əbdül Əbilovun anası Nurcahan Əbilova “Media forum” saytına danışıb.

Əbdül Əbilov noyabrın 25-də saxlanıb. Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. O, narkotik alverində ittiham olunur. Ailəsi isə onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir.

Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.

- Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayırlar. Həbs olunan gündən bir dəfə də görüş verməyiblər. İlham Əliyevə, Ramiz Mehdiyevə, başqa səlahiyyətlilərə teleqram vurmuşam.

- Teleqramda nə yazmısınız?

- Hadisənin necə olduğunu göstərmişəm. Yazmışam ki, mənim oğlum hökuməti tənqid edirdisə, buna görə həbs edəydiniz, cəza da verəydiniz. Amma onu bu cür şərləmək Allaha xoş getməz. Prezident Administrasiyasına şikayətə də gedəcəm.

- Hadisə necə olub?

- Noyabrın 25-i günortadan sonra, mən də, gəlinim də (Əbdülün həyat yoldaşı) evdə idik. Yasamalda kirayə qalırıq. Qapı döyüldü. Qapıya getdim, qaynım oğlunun səsi gəldi. Dedi mənəm. Qapını açdım, girdi içəri, gördüm arxasınca 8-9 nəfər mülki geyimli adam, bir də Əbdül girdilər. Qaynım oğlu dedi ki, evdə axtarış aparacaqlar. Elə bildim işıqdan, qazdan gəliblər, başa düşmədim. Gəlini çıxartdım eyvana. Gəldilər keçdilər yataq otağına. Bir də gördüm Əbdülün səsi ucadan gəldi. Dedi ki, mən bilirəm siz məni şərləmək istəyirsiniz, mənim vəkilim var, qoyun onu çağırım, mən hökumətə qarşı yazmışam, boynuma da alıram.

Qaçdım otağa, gördüm taxtı dağıdıb töküblər ortalığa. Demə, Əbdül qaynına deyib ki, gödəkcəmi at əllərimin üstünə, anam görməsin qandalda olduğumu. Əbdül dedi ki, ana, arxadakı oğlana bax, əllərini ciblərindən çıxarmır, onun cibində nə isə var, mənim evimə atmaq istəyirlər, şərləmək üçün. Mən həmin oğlandan tələb etdim ki, əlini cibindən çıxart, məni itələdi. Amma səsimi qaldırıb zorla onları yataq otağından çıxartdım.

Başladılar guya o biri otaqları axtarmağa. Mən də yanlarından çəkilmirəm. Birdən qaynım oğluna dedim ki, sən burda dur. Qayıtdım o biri otağa, gördüm həmin oğlan, biri də yanında burdadırlar. Gəlin eyvandan başını içəri salıb deyə bu heç nə eləyə bilmir. Keçdi dəhlizə, qapının arxasında Əbdülün köhnə gödəkcəsi vardı, əlini uzatdı ki, onu götürsün, özüm götürdüm. Çevirdim ciblərini, dedim, buyur bax, heç nə yoxdur. Gördüm bunun əlində bükülü var. Əlimi uzatdım ki, bu nədir, məni vurdu, əlindəkini almağa qoymadı. Qayıtdı ki, bu onun cibindən çıxdı. Yəni göz görə-görə ağ yalan danışdı. Nə qədər qışqırdım, dedim, Allahın olsun, onun gödəkcəsi mənim əlimdədir, xeyri olmadı. Əbdül üç bala itirib. Qazandığı xəstəxanalara, həkimlərə gedib. İndi də belə.../azadlıq/
1892 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber