Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

Məkkə və Mədinə məscidləri vəhhabilərin təhlükəsi altındadır - "Hizbullah" lideri

"Hizbullah" lideri Həsən Nəsrullah Beyrutda Yəmən xalqı ilə həmrəylik məqsədilə keçirilən toplantıda çıxış edib

“Səudiyyə Ərəbistanı Yəmənə hücuma başlayanda Məscidul-Həram və Peyğəmbər məscidinin təhlükədə olduğunu deyirdi, halbuki, bu iki müqəddəs məkan üçün əsas təhlükə elə Səudiyyədəki vəhhabilikdir. Onların tarixinə nəzər saldıqda Mədinədə islam tarixi abidələrinin dağıdıldığının şahidi oluruq. Ölkələri, dövlətləri və orduları məhv edən təkfirçi təfəkkürünü Səudiyyə yayır. Artıq vaxtı çatıb ki, müsəlmanlar və ərəblər onlar bəsdir desinlər.”

İnterAz-ın "al-Mayadeen"-ə istinadla verdiyi xəbərə görə, bu barədə "Hizbullah" lideri Həsən Nəsrullah Beyrutda Yəmən xalqı ilə həmrəylik məqsədilə keçirilən toplantıda deyib.

Onun sözlərinə görə, iddia edildiyi kimi yəmənlilərdən Məkkə və Mədinənin müqəddəs məscidlərinə heç bir təhlükə yoxdur və bu vəhhabiliyin uydurmasıdır. Hərəkat lideri bildirib ki, əsas təhlükə elə Səudiyyədəki vəhhabilər və "İŞİD" tərəfindəndir ki, illərdir islam atributlarını məhv etmək arzusu ilə yaşayırlar.

Həsən Nəsrullah qeyd edib ki, Səudiyyə siyasi səbəblərə görə Suriya, İraq və Livanda nüfuzunu itirdiyi üçün Yəməndə zeydi-sünni, sünni-şiə, şimallılar və cənublular arasında qarşıdurma yaradır.

"Hizbullah" lideri həmçinin Pakistan hökumətinə Səudiyyənin hücumuna qoşulmadığına görə təşəkkür edib.
796 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:16