Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

5 yaşlı müsəlman oğlan İsrail ordusuna meydan oxudu

Dünən dünyanın ən nüfuzlu informasiya agentlikləri bu fotonu yayıblar. Foto daha sonra sosial şəbəkələrdə ildırım sürətilə paylaşılıb.

Fələstində Məhbuslar Günü münasibətilə keçirilən etiraz aksiyalarında İordan çayının Qərb sahilinin sakinləri də iştirak ediblər.

Aksiya iştirakçıları İsrail polisini və hərbçilərini daşa basıblar.

Nablus şəhərindəki bu aksiya zamanı polislə hərbçilər isə həmişə olduğu kimi, fələstinlilərə atəş açıblar.

Lakin ölüm təhlükəsinə rəğmən 5 yaşlı fələstinli oğlan irəli atılaraq təpədən-dırnağadək silahlanmış İsrail hərbçilərini daşa basıb.

İsrail 1967-ci ildə Fələstini işğal edəndən bəri 800 mindən artıq fələstinli həbsxanalara düşüb. Hazırda 6 min nəfərdən artıq fələstinli İsrail həbsxanalarında, dəmir barmaqlıqlar arxasındadır./milliaz/


733 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber