Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

Yanukoviçin oğurladığı pullar qaytarılır

Təsəvvür edin, əgər Azərbaycanda hakimiyyət dəyişsə ölkəyə nə qədər pul qayıdacaq...

İsveçrə həbs qoyduğu Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin və yaxın ətrafının bank hesablarındakı vəsaitləri Ukraynaya qaytarmağa başlayıb. "Swissinfo"nun verdiyi məlumata görə, bura Yanukoviç ailəsinin də pulları daxildir.

"Federal ədliyyə qurumu Ukrayna Prokurorluğunun bununla bağlı xahişini müsbət dəyərləndirib. Dondurulmuş aktivlər Ukraynaya qaytarılacaq" deyə qurumun nümayəndəsi Folko Qalli bildirib. O, bununla bağlı ukraynalı keçmiş məmurların və Yanukoviç ailəsinin məlumatlandırılmasının vacib olmadığını bildirib. Xatırladaq ki, İsveçrə 2014-cü ildə Viktor Yanukoviçin və ona yaxın 30 digər məmurun bank hesablarını donduran ilk ölkədir.
714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP