Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

İtaliyadan Türkiyəyə zərbə

Ölkə baş naziri Matteo Renzi ABŞ-dan Türkiyəyə meydan oxudu

ABŞ-da rəsmi səfərdə olan İtaliyanın baş naziri Matteo Renzi Papa Fransiskə dəstək nümayiş etdirərək Türkiyəyə xəbərdarlıq edib.

Vaşinqtonda Corctaun Universitetində tələbələr qarşısında çıxış edən baş nazirə bu istiqamətdə sual verilib.

Həmin universitetin Furkan Pəhlivan adlı türk əslli tələbəsi: “Papa Fransisk 1915-ci il hadisələrinə “soyqırımı” dedi. Rəsmi Romanın bu məsələdə mövqeyi nədir?” – sualını verib.
Renzi isə katolik lideri və onun fikirlərini dəstəklədiyini ifadə edib:

"İtaliya hökumətinin bu məsələdə mövqeyi açıqdır. Xarici işlər nazirimiz Türkiyə hökumətinin Papaya qarşı verdiyi reaksiyalara görə mövqeyimizi nümayiş etdirdi. Papa 1 əsr əvvəl baş vermiş hadisələr barədə olduqca açıq mesaj verdi. Ərdoğan və həmkarımın (Davudoğlu) reaksiyası mənfi oldu. Bundan sonra xarici işlər nazirimiz Türkiyə hökumətinin bu reaksiyasını tənqid etdi".

Qeyd edək ki, İtaliya rəsmiləri müxtəlif zamanlarda 1915-ci il hadisələrini “soyqırımı” kimi qəbul etdiklərini desələr də, bu məsələ ölkə parlamenti tərəfindən rəsmən qəbul olunmayıb./ans/
750 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber