Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

İŞİD-in əlindən 2 şəhər alındı

İraq ordusu Əl Malxa və Əl Mazrah şəhərlərinə nəzarəti bərpa ediblər

İraqın hökumət qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin dəstəyi ilə Əl Malxa və Əl Mazrah şəhərlərinə nəzarəti bərpa ediblər.

Bu barədə İraq generalı Ayad əl Lahabi deyib. O bildirib ki, İraq hərbçiləri bu gün ölkənin şimalındakı neftayırma zavodunun yerləşdiyi ərazini də nəzarətə götürüblər. Döyüşlərdə 160-a yaxın İŞİD silahlısı öldürülüb. İraq qüvvələri hazırda Beyci zavodunu mühasirəyə alan silahlı qruplaşmanın blokadasını yarmağa cəhd göstərirlər.

Xatırladaq ki, İraqın hökumət qüvvələri bu ayın əvvəlində Tikrit şəhərini də İŞİD-dən təmizləyiblər.

Hazırda Ramadi şəhərində nisbi sakitlik hökm sürsə də, İraq və Suriyanın bir çox ərazisi bu terror qruplaşmasının nəzarətindədir./ans/
715 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber